Ötən həftə Ağdamın “Qarabağ” klubuyla yollarını ayıran fransalı futbolçu Abdullah Zubirin yeni klubu müəyyənləşib.

Məlumata görə, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. Yerli mediada yayılan xəbərlərdə onun “Əl-Şahaniyə” komandası ilə razılaşma mərhələsində olduğu bildirilir.

Xəbərdə qeyd olunur ki, sol cinah vingeri ilə qarşılıqlı danışıqlar yekun fazadadır və rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı, bununla bağlı transferin açıqlanacağı gözlənilir.

Abdullah Zubir 2018-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyub; klub forması altında 368 oyuna çıxaraq 78 qol vurub. O, Ağdam təmsilçisi ilə altı dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun sahibi olub.