Şimali Koreya rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi ABŞ-ı ölkəsinin təhlükəsizliyi üçün əsas təhdid adlandırıb.
Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, bu bəyanatı KXDR Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conq verib. O, dövlətin təhlükəsizlik maraqları və regiondakı vəziyyət baxımından ən böyük təhlükənin ABŞ-dən gəldiyini vurğulayıb.
Kim Yo Conq bildirib ki, bu reallıqdan çıxış edərək Pxenyan prinsipial mövqeyinə sadiq qalacaq. O, eyni zamanda ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasını qərarların təcavüzkar və təxribatçı xarakter daşıyan manevrlərin mahiyyətini dəyişməyəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" qəzeti yazmışdı ki, ABŞ Prezidenti Donald Tramp bu payız Kim Çen Inla yenidən şəxsi görüş keçirmək istədiyini planlaşdırır; Ağ Ev rəhbərinin noyabrda Asiyaya səfəri çərçivəsində belə danışıqlar təşkil etməyi nəzərdə tutduğu və Seulun Pxenyanla dialoqun bərpası ideyasını dəstəklədiyi barədə məlumat yayılmışdı.