Amerika Birləşmiş Ştatlarının Bakıdakı diplomatik missiyası Müştəri Xidmətləri Mərkəzində (MXM) nümayəndə vəzifəsi üçün vakansiya elan edib.

Vəzifənin əsas tapşırıqları səfirliyin əməkdaşları və onların ailə üzvlərinin xidmətlə bağlı müraciətlərinə dəstək göstərmək, müraciətləri müvafiq struktur bölmələrlə əlaqələndirmək və səfirlik icmasına keyfiyyətli, operativ xidmət təmin etməkdən ibarətdir.

Vakansiyaya müraciət etmək istəyən namizədlər üçün tələb olunan şərtlər belədir: ən azı iki il ali təhsil, ən azı altı aylıq inzibati və ya müştəri xidmətləri sahəsində təcrübə və ingilis, Azərbaycan və rus dillərini iş səviyyəsində bilmək.

Eyni zamanda, insanlarla işləməyi sevən, onlara dəstək göstərmək və yaranan problemlərin həllində kömək etmək bacarığı olan şəxslər bu vəzifə üçün uyğun hesab edilir.

Ətraflı məlumat və müraciət üçün təqdim edilmiş əlaqə vasitəsinə baxmaq mümkündür: https://tinyurl.com/usembakucsc

Müraciətlər üçün son tarix 26 avqust 2026-cı ildir.