ABŞ-də açıqlanan zəif makroiqtisadi göstəricilər Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini yüksəldəcəyi barədə gözləntiləri zəiflədib.
İyul ayında ölkədə həm inflyasiya, həm də istehlak tələbi zəifləyib. Eyni dövrdə 23 min iş yeri aradan çıxıb və pərakəndə satışlarda kəskin azalma müşahidə edilib.
Bu göstəricilər fonunda investorlar sentyabr ayında FES-in faiz artımı edəcəyi ilə bağlı proqnozlarını aşağı salıblar. Bazar iştirakçıları artıq 2027-ci ildə mümkün faiz endirməsi ehtimalına görə mövqelərini möhkəmləndirirlər.
Bununla belə, uzunmüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksək səviyyədə qalmaqdadır.