Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılması zamanı hərbi sursat aşkar edilib.
Məsələ ilə bağlı məlumatı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) verib. Agentliyə daxil olan məlumat əsasında operativ olaraq hadisə yerinə əməliyyat qrupu göndərilib.
Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalmış hərbi sursat müəyyən edilib.
Aşkar edilən sursat zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi sağlanıb və əlavə tədbirlər həyata keçirilib.