Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsi üzrə işçi axtarır.
Elan səfirliyin sosial şəbəkə hesabında dərc olunub. MXM nümayəndəsi səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək və gələn sorğuları müvafiq şöbələrə yönləndirəcək.
Vəzifənin əsas məqsədi səfirlik icmasına operativ və keyfiyyətli xidmət göstərilməsinə kömək etməkdir.
Vakansiyanın tələblərinə görə, namizəd ən azı iki il universitet təhsili almalı və inzibati və ya müştəri xidmətləri sahəsində ən azı 6 aylıq iş təcrübəsinə malik olmalıdır.
Həmçinin namizddən ingilis, Azərbaycan və rus dillərində yaxşı səviyyədə bilik tələb olunur.
Vakansiya üzrə təklif olunan illik əməkhaqqı 23,575 dollar təşkil edir, bu məbləğ təxminən 40 min manatdır.