Abşeron çimərlikləri üçün 18 avqustun hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, həmin gün çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba üzrə 24–25°C, cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıx üçün 25–26°C civarında gözlənilir.