Abşeron çimərlikləri üçün sabahkı hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah sahildə mülayim şimal-qərb istiqamətli külək əsəcək.

Dəniz suyunun temperaturuna görə, şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada — temperatur 24–25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində, o cümlədən Türkan, Hövsan, Sahil və Şıx ərazilərində dəniz suyunun temperaturu 25–26 dərəcə olacaq.