Abşeron Vəkil Bürosunda işləyən vəkil Elşad Məmmədov həbs olunub.
Məlumata görə, ona qarşı dələduzluq ittihamı irəli sürülüb. Vəkilin saxlanılması və ittihamın irəli sürülməsi ilə bağlı əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.
Nərimanov Rayon Məhkəməsi həmin iş üzrə qətimkan tədbiri barədə qərar çıxararaq Elşad Məmmədovun üç ay müddətinə həbs olunmasına hökm verib.
İş çərçivəsində digər təfərrüatlar və istintaqın gedişi barədə əlavə açıqlama verilməyib.