Abşeron rayonu, Daş Güzdək qəsəbəsində karxanada baş verən hadisə nəticəsində bir nəfər ölüb.
Hadisədə Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyev işlədiyi müəssisədə ayağının qurğuya ilişməsi səbəbindən xəsarət alıb.
Yaralı ilkin yardım üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin səbəbləri və baş vermə şəraiti rayon prokurorluğu tərəfindən araşdırılır.