Abşeron rayonunda fəaliyyət göstərən vəkil bürosunun əməkdaşı Elşad Məmmədov həbs edilib.

Vəkil barəsində vətəndaşların etdiyi şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tədbir görülüb və o, tutulub.

Elşad Məmmədov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.