Türkiyənin Adana şəhərindəki Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Furqan vəqfinə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili işlər naziri Akın Gürlek əməliyyat nəticəsində vəqfin rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Səmra Kuytulun da daxil olduğu çoxsaylı şəxslərin saxlandığını bildirib.

Adana Baş Prokurorluğu ilə vilayətin polis idarəsinin birgə apardığı istintaq zamanı ictimaiyyətdə “Kuytulçular” adı ilə tanınan təşkilatın qanunsuz hesab edilən fəaliyyəti və bu fəaliyyətlərdən əldə edilmiş gəlirlər araşdırılıb.

İstintaq çərçivəsində şikayətçilərin və şahidlərin ifadələri, maliyyə təhlilləri, bank əməliyyatları, rəqəmsal materiallar və digər sübutlar qiymətləndirilib. Bu əsaslarla 32 şübhəliyə qarşı müxtəlif maddələr üzrə məhkəmə prosesi başlanıb.

Şübhəlilərə qarşı irəli sürülən ittihamlar arasında cinayətkar təşkilat yaratmaq və idarə etmək, cinayətkar təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması, fırıldaqçılıq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Proseduru Qanununun pozulması yer alır.