Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) iki əməkdaşının vəzifəsindən azad edildiyini təsdiqləyib.

Federasiyanın məlumatına görə, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov tutduğu vəzifədən göndərilib. Eyni zamanda İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.

AFFA tərəfindən yayılan açıqlamada hər iki şəxsin vəzifədən azad edildiyi təsdiqlənib. Açıklamada onların işdən çıxarılma səbəbləri barədə əlavə məlumat verilməyib.