Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi həyata keçirilib.
Agentlik sədri Vüsal Nəsirli tərəfindən verilən əmrlə Röyal Qədirli İnsan resursları və təşkilati inkişaf departamentinin müdir müavini vəzifəsinə gətirilib.
Röyal Qədirlinin kadr təyinatından əvvəl o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində fəaliyyət göstərib.
Qeyd edək ki, bir müddət əvvəl həmin departamentin rəhbəri vəzifəsinə Azər Musayev təyin olunmuşdu.