AFFA İntizam Komitəsi “Sumqayıt”—“Neftçi” oyunu ilə bağlı qərarını açıqlayıb. Komitə birbaşa qırmızı vərəqə alan Səbuhi Abdullazadəni beş oyunluq diskvalifikasiya ilə cəzalandırıb.
Eyni iclasda “Sumqayıt” klubu 3 000 manat məbləğində cərimə olunub. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə alan “Neftçi”yə 700 manat məbləğində cərimə tətbiq edilib.
Başqa bir qərarda “Qarabağ”—“Şamaxı” görüşündə dörd futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat səviyyəsində cərimələnib.
Hadisə zamanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə aldıqdan sonra meydana tərk edərkən qalmaqallı davranış nümayiş etdirib. O, stadionun qapısını sındırıb və qırılan şüşə hissəsi ayağına düşdüyündən ciddi xəsarət alıb.