Türkiyədə oynanan yoxlama oyununda “Səbail” və “Sakaryaspor” komandaları arasında dava baş verib.
Hadisə zamanı “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Bu hərəkət meydanda gərginliyi artıraraq kütləvi dava ilə nəticələnib.
Meydana gələn qayda pozuntusuna görə hüquq-mühafizə orqanları müdaxilə edib və vəziyyəti nəzarət altına alıblar.
Oyun 1:1 hesabı ilə yekunlaşıb.