23 avqust 2026-cı il tarixində Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib və nəticədə dörd nəfər xəsarət alıb.
Qəza rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb. Hadisədə “İsuzu” markalı yük avtomobili ilə “Hunday” markalı minik avtomobili toqquşub.
Minik maşınının içində olan Rəhimov Göyüş Tahir oğlu, Abdullayeva Sevda Adil oğlu, Bayramlı Vüqar Cövdət oğlu və Abdullayeva Gülsənəm Abış qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.