Avqustun 19-da Ağdaş rayonunda yerləşən istirahət parkında attraksion qəzaya uğrayıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan birinin 16 yaşlı qız olduğu və onun daha ağır zədə aldığı bildirilir, oğlunun isə omba sümüyünün çıxması diaqnozu qoyulub.
Yaralılardan olanların anası İlahə Baxışova hadisəni izah edərkən qeyd edib ki, onlar Bakından Ağdaşa gəlib anamgilə qonaq olmuşdular və uşaqları parka apardılar. Həmin vaxt attraksion qatarının relsdən çıxaraq aşdığını, qızının həmin qurğunun altına qaldığını bildirib.
Baxışova əlavə edib ki, hadisədən dərhal sonra parkda attraksionu idarə edən şəxslər onlara heç bir rəsmi quruma müraciət etməməyi xahiş ediblər. Uşağın ağrılarının artması səbəbindən onu xəstəxanaya aparıblar və həkimlər qızın ciddi xəsarət aldığını təsdiqləyiblər. Ailə bildirir ki, attraksionun sahibi onlara kömək edə bilməyəcəyini deyib.
Hadisə barəsində daxil olmuş məlumat əsasında ərazi üzrə polis orqanında araşdırma başladılıb.