Almaniyada bu il qeydə alınan anomal isti hava nəticəsində 14 min nəfərin həyatını itirdiyi bildirilib.
Robert Koch İnstitutunun açıqlamasına əsasən, ölənlərin əksəriyyəti iyunun sonlarına təsadüf edir. Xüsusilə temperaturun 40 dərəcədən yüksək olduğu bir həftə ərzində təxminən 9 600 nəfər istilə əlaqəli səbəblərdən dünyasını dəyişib.
Bu ilin yayında qeydə alınan ölüm sayı ölkənin əvvəlki rekordunu aşmışdır: 2018-ci ildə istilər səbəbindən təxminən 8 900 nəfər həyatını itirmişdi.
Müşahidə olunan isti hava dalğaları Avropanın geniş hissəsindəki anomaliyaların tərkib hissəsi sayılır və temperatur artımları bir çox regionu əhatə edib.