Rusiyalı müğənni Anna Semenoviç İtaliyada istirahət edərkən Venesiyadakı lüks otel restoranından qovulduğunu sosial şəbəkədə paylaşım edərək açıqlayıb.
O, qovulma anını belə təsvir edib: saat 22:20-də Terrazza Danieli restoranından onları çıxarmağa başladılar. Əvvəlcə hesab gətirilsə də, onu ödəmək istəmədiklərini bildiriblər. İşçilər onlara digər müştərilərin artıq gedildiyini və onların da vaxtının çatdığını söyləmişlər.
Semenoviç qeyd edib ki, hadisə zamanı restoranın musiqisi dayandırılıb və onun İtaliyadakı son axşamı pis keçib. Hadisə barədə paylaşımına izləyicilər müxtəlif reaksiyalar veriblər.
Şərhlərdə bir sıra istifadəçilər İtaliyanın sərt əmək qaydalarını xatırladıqlarını yazıblar. Bundan əlavə, bir çox şərhçi restoranda bağlanma saatının 22:30 olduğunu qeyd edib.