Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi tenderin qalibi müəyyənləşib.
Müsabiqəni “Teymur Collection” MMC (VÖEN 1007222231) qazanıb. Şirkətlə AQTA arasında regional strukturda çalışan əməkdaşlar üçün vahid geyim təminatı üzrə müqavilə bağlanacaq.
Müqaviləyə əsasən, “Teymur Collection” Agentliyin 222 qadın və 348 kişi əməkdaşı üçün müxtəlif iş geyimləri təchiz edəcək. İşin ümumi dəyəri 335 913 manat 79 qəpik göstərilib.
Hesablamalara görə, Agentliyin hər bir əməkdaşının geyiminə düşən orta xərclə təxminən 590 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 50 000 manat olan “Teymur Collection” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-dır. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğlu olaraq qeyd olunub.