Astara şəhərinin dəniz sahəsində nəzarətsiz zonada boğulma hadisəsi qeydə alınıb.

Hadisə ilə bağlı müəyyən edilənə görə, Masallı rayonunun Kosagül kənd sakini, 1990-cı il təvəllüdlü Elman Beybala oğlu Məmmədov yaxın qohumları ilə birlikdə çimmək üçün dənizə gedib.

Məlumatda qeyd olunur ki, Məmmədov ailəlidir və beş uşaq atasıdır.

Hadisə yerinin ən yaxın sularda xilasetmə məntəqəsindən təxmini bir kilometr aralı ol­duğu bildirilir. Bu ünvanda batmış şəxsin şəxsiyyəti müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyi həmin şəxsə aid olduğu ehtimal edilən istiqamətlərdə axtarış əməliyyatlarını davam etdirir.