Astarada 60 yaşlı kişi əncir ağacından yıxılaraq ölüb.

1966-cı il təvəllüdlü Siyaku kənd sakini Fazil Fətəliyev yaşadığı evin həyətində əncir toplamaq məqsədilə ağaca qalxarkən ehtiyatsızlıq səbəbindən yıxılaraq dünyasını dəyişib.

Digər hadisə Cəlilabad rayonuna bağlı Daş Güzdək qəsəbəsində baş verib. 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev burada işlədiyi karxanada ayağı bir qurğuya ilişərək xəsarət alıb.

Rabil Zərbəliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Rayon prokurorluğu hər iki faktla bağlı araşdırma aparır.