Amerikalı astronomlar Günəşə bənzər ulduzların son mərhələlərini araşdıraraq Yer kürəsinin uzaq gələcəyi barədə məlumatlar toplayıblar.

Tədqiqatçılar Günəş tipli ulduzların həyatının son mərhələlərini başa düşmək üçün Əkizlər bürcündə, Yerdən təxminən 5 min işıq ili məsafədə yerləşən NGC 2392 planetar dumanlığını öyrəniblər.

Ulduzların həyat dövründə nüvələrində hidrogeni heliuma çevirməsi enerji mənbəyidir, lakin bu ehtiyat tükəndikdə daxili quruluş dəyişir və ulduz sürətlə genişlənərək qırmızı nəhəngə çevrilir.

Müşahidələr və modellərə görə, Günəş təxminən 5 milyard ildən sonra bu mərhələyə keçəcək və həmin vaxt onun ölçüsü indiki halından 100 dəfədən çox arta bilər.

Bu genişlənmə prosesi nəticəsində Merkurinin və Veneranın, böyük ehtimalla isə Yerin məhv olması gözlənilir. Daha uzaqda yerləşən planetlərin həmin dövrdə necə təsirlənəcəyi isə hələ tam müəyyən deyil.