Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu respublika ərazisində avqust ayına aid pensiya ödənişlərini yekunlaşdırıb.

Məlumata görə, avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında pensiya alanların ödənişləri həyata keçirilib.

Qeyd edilir ki, ölkənin digər bölgələrində qeydiyyatda olan şəxslərin avqust ayı üzrə pensiya və güzəştli şərtlərlə təyin edilmiş pensiyaları bu gün ödənilib.