Milli Hidrometeorologiya Xidməti avqustun 17-nə gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Açıqlandığına görə həmin gündə Abşeron yarımadasında mülayim gücdə şimal-qərb istiqamətli külək əsəcək.

Dəniz suyunun temperaturuna gəlincə, şimal sahillərindəki çimərliklərdə — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulba məntəqələrində suyun temperaturu 24–25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərindəki məntəqələrdə — Türkan, Hövsan, Sahil və Şıx üçün isə dəniz suyu temperaturu 25–26 dərəcə isti proqnozlaşdırılır.