Elektrik verilişinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçay rayonlarında bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri görüləcək.
Ağdaş Elektrik Şəbəkəsinin xidmət ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin müəyyən hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək. Bundan əlavə planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil və Kükəl kəndləri ilə Ləki dörd yol ərazisini əhatə edəcək.
Göyçay Elektrik Şəbəkəsinin ərazisində isə Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi sahələrində saat 10:00-dan 12:00-dək enerji təchizatında fasilə gözlənilir.
Təmir işləri başa çatdıqdan sonra həmin kənd abonentlərinin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilib.