Avqustun 19-na olan hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb istiqamətli külək əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% proqnozlaşdırılır.

Azərbaycanın digər rayonlarında da əsasən yağmursuz hava hökm sürəcək. Lakin bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli leysan xarakterli yağış və şimşək ehtimalı var. Gecə və səhər saatlarında dağlarda ayrı-ayrı yerlərdə duman müşahidə oluna bilər.

Rayonlarda gecə temperaturu 19-24° isti, gündüz 32-37° isti, dağlıq zonalarda isə gecə 12-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Şərq istiqamətli külək əsəcək.