Avqustun 20-21-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi digər bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib.

Sözügedən günlərdə şimal-qərb istiqamətindən əsən külək bir sıra ərazilərdə müşahidə olunacaq. Təxmin edilən külək sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Xəbərdarlıq siyahısına daxil edilən rayonlar və şəhərlər arasında Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, Salyan, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar yer alır.

Vətəndaşlara və aidiyyəti qurumlara təhlükəsizlik tədbirlərinə əməl etmələri tövsiyə olunur və hava şəraitində gözlənilən dəyişikliklər barədə məlumatları diqqətdə saxlamaq məsləhət görülür.