Avqustun 20-si gündüzündən başlayaraq 21-i gündüzədək şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, bəzi ərazilərdə yağış qısamüddətli leysan xarakterli, intensiv ola bilər və şimşək çaxması, dolu düşmə ehtimalı mövcuddur.

Yağıntı nəticəsində çaylarda sululuq artacaq, bəzi dağ çaylarından isə qısa müddətli sel keçməsi istisna edilmir.