Avqustun 20-si gündüzdən etibarən şimal və qərb bölgələrində yağıntı başlayacaq və 21-i gündüzədək fasilələrlə davam edəcək.

Yağıntıların bəzi yerlərdə intensiv leysan formasında düşəcəyi, şimşək çaxacağı və dolu yağma ehtimalı bildirilir.

Gözlənilən yağışlar çaylarda suyun yüksəlməsinə səbəb ola, bəzi dağ çaylarından qısa müddətli sel axınları keçməsi mümkündür.