Avqustun 21-nə keçirilən monitorinq nəticəsində Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.

Rusiya ilə sərhəd yaxınlığındakı gömrük məntəqələrində vəziyyət belədir: "Xanoba" postunda 1 yük avtomobili, "Samur" postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir.

Gürcüstanla sərhəddə "Mazımqara" gömrük postunda növbədə olan yük avtomobillərinin sayı 7, "Qırmızı Körpü" postunda isə 700 göstərilib.

İran İslam Respublikası ilə sərhəddə isə "Biləsuvar" gömrük postunda növbə qeydə alınmayıb, "Astara" postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.