Aparıcı Aytən Səfərova ailəsi ilə Gürcüstana səfər edib və Tiflisdən Bakıya geri dönüş prosesi barədə məlumat verib.
Səfərova bildirib ki, Azərbaycan Dəmir Yolları QSC-nin onlayn sistemindən bilet əldə etmək üçün uzun müddət gözləməli olublar. O, saytın ailə üzvləri ilə birlikdə həftələrlə izlənildiyini söyləyib.
Aparıcı qeyd edib ki, biletlər üç həftə sonra, gecə saat 4-də satışa çıxarılanda alışı reallaşdırıblar: “Düz 3 həftə sonra, gecə saat 4-də biletlərə giriş açıldı və biz biletləri əldə etdik. Düz 3 telefonla daxil olduq və ödənişi etdik.”
O, həmçinin insanların çoxluğuna diqqət çəkərək qatarların boş geri dönmədiyini vurğulayıb: “Nə qədər insan gözləyir və qatarlar boş qayıtmır.”