Slovakiyanın paytaxtı Bratislavada davam edən U-20 güləş üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Ayxan Cavadov uğurlu çıxışını davam etdirir.

60 kiloqram çəki dərəcəsində çıxış edən Cavadov ilk mərhələlərdə fransalı Maqomed Varayevlə qarşılaşaraq 9:0 hesablı üstünlükə qalib gələrək 1/4 finala yüksəldi.

Daha sonra braziliyalı Pedro Enrike de Souza Rodriqesi ilə güləşən Ayxan bu görüşdə 6:2 hesabı ilə üstün oldu və yarımfinala adını yazdırdı.

Yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşan Cavadov minimal fərqlə, 4:3 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə U-20 dünya çempionatının finalına vəsiqə təmin etdi.

Ayxan Cavadov finalda sabah özbəkistanlı Dostonbek Oripovla üz-üzə gələcək.