Aparıcı Nigar Fərhadın rəhbərliyi altında fəaliyyət göstərdiyi bildirilen AID Group xaricdə təhsil xidməti ilə bağlı şikayətlər artmaqda davam edir.
Şikayətçilər qeyd edir ki, şirkətlə rəsmi müqavilə bağlayıb minlərlə manat məbləğində pul ödədikdən sonra təhsil xidmətini almayıblar və ödədikləri vəsaitin geri qaytarılmasını da təmin edə bilməyiblər.
Müraciət edən şəxslər həmçinin hazırda şirkət rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmadığını bildirirlər.
Mövzu ilə bağlı olaraq hazırlanmış videomaterial da ictimaiyyətə təqdim olunub və məsələ haqqında geniş təqdimat yer alıb.