Azərbaycanla vizasız səfər etmək hüququ olan ölkələrin siyahısı genişləndiriləcək.
Bu addım 2026–2030-cu illəri əhatə edən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın tədbirlər planında yer alıb.
Proqramın aralıq göstəricisi kimi 28 prioritet turizm ölkəsinin vətəndaşları üçün vizasız rejimin tətbiqi nəzərdə tutulur. Yekun məqsəd isə bu imkanın 34 ölkəyə qədər artırılmasıdır.
Tədbirlərin icra müddəti 2026-cı ildən 2030-cu ilə qədər planlaşdırılıb.
Qeyd olunur ki, hazırda Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilirlər.