Göygöl rayonunun Firuzabad qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən qanunsuz tikili sökülüb.

Hadisə rayon icra hakimiyyəti yanında tikinti norma və qaydalarına nəzarət məqsədilə yaradılmış komissiyanın həyata keçirdiyi monitorinqlər çərçivəsində aşkar edilib. Yoxlamalarda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzi, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsi və hüquq-mühafizə orqanları da iştirak edib.

Komissiyanın üzvləri tərəfindən müəyyən edilmiş qanunsuz tikinti sökülərək aradan qaldırılıb. Rəsmi şəxslər bildiriblər ki, bu cür monitorinqlər gələcəkdə də davam etdiriləcək və torpaq sahələrinin təyinatından kənar istifadəsinin qarşısının alınması üçün tədbirlər görüləcək.