Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyadakı səfirliyinin qonaq evi yaxınlığında naməlum şəxslər tərəfindən ölkəmizə qarşı təxribat xarakterli şəkillərin yerləşdirilməsi ilə bağlı açıqlama yayıb. Bəyanatda hadisənin qətiyyətlə pislənildiyi qeyd olunub və bu təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni gərginləşdirilməsi məqsədi daşıdığını istisna etmir.
Müvafiq qurumlar Rusiyanın aidiyyəti orqanlarını belə hərəkətlərə hüquqi qiymət verməyə çağırıb, insidentin tam araşdırılması və təkrarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tələb olunub. Bəyanatda həmçinin Vyan Konvensiyasına uyğun olaraq Rusiya tərəfinin Azərbaycan səfirliyinin və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliklərini tam şəkildə yerinə yetirməsinə çağırış yer alıb.