Azərbaycanın qızlardan ibarət U-15 milli komandası Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində növbəti matçını keçirib.

Şimkənddəki "Namys" stadionunda baş tutan oyunda yığmamız Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnir boyunca Azərbaycan U-15 komandası daha əvvəl Qazaxıstanla 1:2, Rusiyayla isə 0:13 hesabı ilə üz-üzə gəlib və beləliklə turniri üç məğlubiyyətlə bitirib.