Seutanın həkimlər kollegiyasının sədri Enrike Roviralta şəhərdə psixi pozuntuların genişləndiyini bildirib. Onun sözlərinə görə, miqrant axınına bağlı yaranan vəziyyət əhali arasında səssiz bir epidemiya şəklində özünü göstərir.
Roviralta qeyd edib ki, şəhər sakinləri arasında təşviş və depressiya hallarının sayında artım müşahidə olunur. O, bəzi insanların qorxu səbəbindən evdən çıxmaq istəmədiyini və ya çıxmaqda çətinlik çəkdiyini vurğulayıb.
Mənbəyə görə, imkanı olan ailələr öz övladlarını materikə, qohumlarının yanına göndərməyə başlayıblar. Həmçinin həkimlər kollegiyasının rəhbəri bildirib ki, xroniki xəstəlikləri olan yaşlı vətəndaşlar qorxu səbəbi ilə artıq xəstəxanalara müraciət etməkdən imtina edirlər.
İyulun sonunda Mərakeşdən onminlərlə qanunsuz miqrant Seutaya daxil ola bilib. Bu böhran fonunda rəsmi Madrid yaşayış məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb edib.
İspaniya rəsmiləri bildirirlər ki, qeyri-qanuni miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qaytarılsa da, şəhərdə hələ də təxminən 5 minə yaxın miqrant qala bilər.