Bu ilin yanvar-avqust dövründə Azərbaycana Çindən 4 ton yağ-tər və ondan hasil olunan piyli maddələr gətirilib. Yeniavaz.com-un rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, idxal olunan məhsulun 1 kiloqramının orta gömrük dəyəri 7,6 ABŞ dolları (12,9 manat) təşkil edib. 150500 kodu ilə idxal olunan bu yük, qoyun yununda təbii yağlı maddənin adı kimi qeyd olunur. Bu yağ-tər ilə yun liflərinin üzərində toplanan təbii yağ qarışığıdır və sonradan emal edilərək lanolin kimi kosmetika, əczaçılıq və digər sahələrdə istifadə olunur. Lanolin əsasən yun tərkibində olan yağlı maddədir və emal prosesində ayrılaraq müxtəlif sənaye məqsədlərində tətbiq edilir.