Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Rusiya vətəndaşlarının maraqlarını qorumağa hazır olduğunu açıqlayıb.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bu açıqlamanı verib və qeyd edib ki, axtarışa verilən şəxslərin bəyanatları Rusiyanın rəsmi mövqeyini əks etdirmir.

Zaxarova həmçinin Azərbaycanın informasiya sahəsində Moskva əleyhinə xoşagəlməz narrativlərin olduğunu bildirib və vəziyyətin dialoq yolu ilə yaxşılaşdırılacağına ümid etdiyini vurğulayıb.

Əvvəlki açıqlamalarda bildirilir ki, Azərbaycan Baş Prokurorluğu Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində beynəlxalq axtarış elan edib.

Onlar dövlətə qarşı zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına və terrorçuluğa çağırışda ittiham olunurlar.

Çünki həmin şəxslər ölkə hüdudlarından kənardadırlar, barələrində qiyabi həbs qətimkan tədbiri tətbiq edilib.