Obuda Universitetində HTP proqramı çərçivəsində təhsil alan Kənan Hüseynli Çinin Çanşa şəhərində təşkil olunan “CSUST Summer AI Innovation Camp” elmi düşərgəsində Azərbaycanı təmsil edib.

İyulun 19–30 tarixlərində keçirilən iki həftəlik intensiv beynəlxalq düşərgədə iştirakçılar qlobal ekspertlərlə təcrübə mübadiləsi aparıblar. Hüseynli və komandası görmə qüsuru olan şəxslər üçün nəzərdə tutulmuş süni intellekt əsaslı həll təqdim edərək yarışmada üçüncü yerə layiq görülüblər.

Kənan Hüseynli Çinə yola düşməmişdən əvvəl “AI Squad Spring ‘26” və 16-cı INNOMEET innovasiya yarışmalarında da ilk yerləri qazanaraq akademik və texniki bacarıqlarını təsdiqləmişdi.

Azərbaycan diasporu gəncin beynəlxalq səviyyədə əldə etdiyi bu nəticəni yüksək qiymətləndirir və onun gələcək layihələrində uğurlar arzulayır.