Prezidentin müvafiq sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi təqdim edilib.
Onlardan Babək Mürsəl oğlu Ələkbərovun aldığı rütbə onu ölkədə ən gənc general-leytenant edən amildir. Hazırda onun yaşı 39-dur.
Babək Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı kimi xidmət edir. Həmin ildə, 36 yaşında olarkən, o, “general-mayor” ali hərbi rütbəsinə yüksəlmiş və Azərbaycanın ən gənc generalı statusunu qazanmışdı.
Babək Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub.