Binəqədi Rayon Məhkəməsi Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini barədə həbs qətimkan tədbiri seçib.

Məhkəmə qərarı istintaq orqanının təqdimatının təmin edilməsi nəticəsində qəbul edilib. Həbs olunan vəzifəli şəxsin adı Eldəniz Əhmədov olaraq göstərilir.

E. Əhmədov barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü maddəsi (rüşvətin küllü miqdarda alınması) ilə ittiham irəli sürülüb.