Azərbaycan Dəmir Yolları (ADY) QSC sərnişin axınına uyğun olaraq 19 və 21 avqust tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Qeyd edilir ki, bu istiqamətdə eyni zamanda Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafik əsasında gündəlik səfərlər də təşkil olunur.
Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və "ADY Mobile" mobil tətbiqindən əldə etmək mümkündür.