Bakı şəhərində vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə genişmiqyaslı yol təmir proqramı həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təşkil olunan proqram paytaxtın bütün inzibati rayonlarını əhatə edərək 110 küçə və prospektdə təmir işlərinin aparılmasını nəzərdə tutur.
Hazırda 30 yol sahəsində təmir işləri tamamlanıb, təxminən 20 ünvan üzrə isə işlər davam etdirilir.
Təmirlər mərhələli şəkildə planlaşdırılıb və nəzərdə tutulmuş hər ünvanda ardıcıllıqla həyata keçiriləcək.