Bakıda bir sıra əsas küçə və prospektlərdə nəqliyyat axınında sıxlıq qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayılan məlumatda hazırda sıxlığın aşağıdakı istiqamətlərdə müşahidə edildiyi bildirilib:

1. Bakı–Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində.

2. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində.

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə.

4. Yusif Səfərov küçəsi, şəhər mərkəzi istiqamətində.

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəzə doğru gedən hissədə.

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.

7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində.

8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsinə doğru.

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində.

10. Koroğlu Rəhimov küçəsi, akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətinə doğru.

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə doğru.

12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində.

13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətinə doğru.

14. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətinə gedən hissədə.

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində.

16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətinə doğru.

17. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında.

18. Heydər Əliyev prospektinin köməkçi yolu, mərkəzə doğru olan istiqamətdə sıxlıq qeydə alınıb.

Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur və hərəkətə çıxarkən tədbirli olmaları xatırladılıb.