Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında antisanitar şəraitin hökm sürdüyünü göstərən fotolar yayılıb.
Fotolar sosial şəbəkədə yerləşdirilib və paylaşımı edən jurnalist həmin görüntüləri xəstəxananın sanitar qovşağına aid olduğunu bildirib. O, məkanı tibb ocağı yox, antisanitariya mənbəyi kimi xarakterizə edib və belə şəraitdə TƏBİB rəhbərliyinin öz övladını müayinəyə gətirib-gətirməyəcəyini sual edib.
Bildirilir ki, yayılan fotolarda yalnız sanitar qovşağı deyil, xəstəxananın otaqları və dəhlizlərinin də oxşar antisanitar vəziyyətdə olduğu əks olunub. Paylaşılan görüntülər müvafiq qurumların diqqətinə çatdırılmasının vacibliyini göstərir.