ABŞ-ın Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzində (MXM) nümayəndə vəzifəsi üzrə işçi yarmarıb.
Vakansiya barədə elan səfirliyin sosial şəbəkə hesabında yayımlanıb. Vəzifənin əsas məqsədi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmət göstərilməsi ilə bağlı müraciətlərə dəstək verməkdir.
Müştəri Xidmətləri Mərkəzi nümayəndəsi müraciətləri uyğun şöbələrə yönləndirəcək və səfirlik icmasına vaxtında, keyfiyyətli xidmət göstərilməsinə kömək edəcək.
Namizəd üçün qoyulan tələblər arasında ən azı iki il universitet təhsili olması və inzibati və ya müştəri xidmətləri sahəsində ən azı altı aylıq iş təcrübəsi göstərilir.
Vəzifə üçün ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Vakansiya üzrə təklif olunan illik əməkhaqqı məbləği 23,575 dollar, təxminən 40 min manat səviyyəsində göstərilib.